Nasir Kenani: ‘‘İran ABŞ-la mәhbus mübadilәsinә hazırdır’’

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani ABŞ-la mәhbus mübadiləsi məsələsi ilə bağlı mətbuat nümayәndәlәrinin suallarını cavablandırıb.

1869184
Nasir Kenani: ‘‘İran ABŞ-la mәhbus mübadilәsinә hazırdır’’

İran Amerika Birləşmiş Ştatları  ilə məhbus mübadiləsinə hazır olduğunu açıqlayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani ABŞ-la mәhbus  mübadiləsi məsələsi ilə bağlı mətbuat nümayәndәlәrinin suallarını cavablandırıb.

Nasir Kenani deyib: ‘‘İran dəfələrlə müxtəlif kanallar vasitəsilə ABŞ tərəfinə nüvə razılaşmasından asılı olmayaraq məhbus problemi ilə məşğul olmağa hazır olduğunu bəyan edib”.

İranlı məhbusların ABŞ-ın hәqiqәti әks etdirmәyәn iddiaları nəticəsində həbs edildiyini irәli sürәn  Nasır Kenani deyib: ‘‘Amerika Birlәşmiş Ştatlarının ədliyyə sisteminin qurbanı olan iranlı məhbuslar ən qısa zamanda azad edilməli və ailələrinin yanına qayıda bilməlidirlər”.



Әlaqәli Xәbәrlәr