İsrailin hücumları nəticəsində yaralanan10 yaşlı fələstinli həlak olub

İsrailin işğal etdiyi Qəzza zolağına son hücumlarında başından yaralanan Leyan əl-Şair müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

1866723
İsrailin hücumları nəticəsində yaralanan10 yaşlı fələstinli həlak olub

Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada: “İsrailin 5 avqustda Qəzzaya qarşı həyata keçirdiyi hücumlarda yaralanan əl-Şair yaralı iki uşaqla birlikdə  müalicə məqsədi ilə Qüdsdəki Əl-Makasid Xəstəxanasına köçürüldü. Lakin Şair bütün tibii müdaxilələrə baxmayaraq dünyasını dəyişib”.

Qeyd edək ki, əl-Şairin ölümü ilə İsrailin 5 avqustda başlayan və üç gün davam edən raket hücumları nəticəsində həyatını itirən Fələstinlilərin sayı 48-ə yüksəlib.



Әlaqәli Xәbәrlәr