Müqtəda əs-Sədrin tələbləri qəbul edilmədi

İraqın keçmiş baş naziri və Hüquq Dövləti Koalisiyasının lideri Nuri əl-Maliki

1865315
Müqtəda əs-Sədrin tələbləri qəbul edilmədi

Sədr Hərəkatının lideri Müqtəda əs-Sədrin “növbədən kənar seçkilər və konstitusiya ilə rejimə dəyişiklik aparılması tələbinin qəbul edilmədiyini bildirib.

Nuri əl-Maliki mövzu ilə əlaqəli açıqlamasında: “Konstitusiya və rejim dəyişikliyi ilə növbədən kənar seçkilərə dair qərar yalnız Parlament tərəfindən qəbul edilə bilər. İraq xalqı müxtəlif etnik və məzhəb komponentlərindən ibarətdir. Heç kəsin şəxsi iradəsi xalqın üzərinə qoyula bilməz. Xalqın iradəsi çərçivəsində addım atılmalıdır. Növbədən kənar seçkilər, konstitusiya və rejim dəyişikliyi olmayacaq. Bun mövzularla əlaqəli qərarlar parlament tərəfindən qəbul edilməlidir”.

Oktyabrda İraqda keçirilən seçkilərdə qalib gələn Müqtəda əs-Sədr iranpərəst partiyalarla hökumət qurmaqdan imtina edib və daha sonra siyasətdən çəkildiyini açıqlayıb. Sədrdən sonra hökuməti formalaşdırma vəzifəsi Koordinasiya Çərçivəsinə tapşırdı. Koordinasiya Çərçivəsi isə iyulun 25-də keçmiş əmək və sosial məsələlər üzrə nazir Məhəmməd Şia Sudanini baş nazirliyə namizəd göstərdi. Həmin qərardan sonra Sədr tərəfdarları iyulun 30-da Sudaninin namizədliyinə etiraz etmək üçün Yaşıl Zonaya daxil olaraq parlament binasına basqın etdilər. Nuri Maliki isə sədr tərəfdaşlarının Yaşıl Zonaya daxil olmalarını tənqid edərək onlardan bölgəni tərk etmələrini tərəb etdi.

Şiə lideri Sədr isə tərəfdarlarından parlamenti tərk etmələrini anaq avqustun 2-də binanın ətrafında oturaraq aksiyanı davam etdirmələrini istədi.



Әlaqәli Xәbәrlәr