İranda sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 76-ya yüksəlib

İranda başda Tehran əyaləti olmaqla ölkənin əksər hissəsində öz təsirini göstərən leysan yağışların səbəb olduğu sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 76-ya yüksəlib.

1862264

Bunu İranın Böhranın İdarə Olunması Təşkilatının sədri Məhəmməd Hüseyn Nami  verdiyi açıqlamada deyib.
H.Nami İranın rəsmi agentliyi İRNA-ya bildirib ki, itkin düşən daha 7 nəfərin cəsədi tapılıb.

Son bir həftədə daşqınlarda həyatını itirənlərin sayının bununla da 76-ya yüksəldiyini bildirən Nami 16 nəfərin hələ də itkin olduğunu bildirib.

24 əyalətin sel və yağışdan zərər çəkdiyini ifadə edən Nami 20 min evin zərər gördüyünü açıqlayıb.

İran rəsmiləri daşqından zərər çəkmiş bölgələrdə axtarış-xilasetmə fəaliyyətləri ilə yanaşı, daşqın qurbanlarına yardım işlərinin də davam etdiyini bildirib.

Səlahiyyətlilər yağışların davam edəcəyi təqdirdə vətəndaşlara çay və kanal sahillərindən uzaq durmaq barədə xəbərdarlıq edib.

Әlaqәli Xәbәrlәr