İran və İraq XİN-ləri arasında görüş olub

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan iraqlı həmkarı Fuad Hüseynlə görüşüb.

1856230
İran və İraq XİN-ləri arasında görüş olub

İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Abdullahiyan ilə Fuad Hüseyn arasında baş tutan telefon danışığında ikitərəfli əlaqələr və regional məsələlər, Tehran ilə Ər- Riyad arasındakı danışıq prosesi kimi mövzular müzakirə olunub.

İranın xarici işlər naziri Abdullahiyan görüşlə əlaqəli açıqlamasında Bağdadın regional dialoqu gücləndirmək uğrunda apardığı səylərə toxunaraq: “İran ikitərəfli və regional səviyyədə qarşılıqlı maraq doğuran məsələləri dəyərləndirməyə və fikir mübadiləsi aparmağa hazırdır”.

İraqın xarici işlər naziri Fuad Hüseyn isə 16 iyulda Səudiyyə Ərəbistanında ölkəsinin iştirakı ilə keçirilən Ciddə Zirvə Toplantısına dair təəssüratını İranlı həmkarı Abdullahiyanla bölüşüb. Bağdad hökumətinin Ciddə Sammitində regional əməkdaşlıq üçün lazımi görüşlər və məsləhətləşmələr apardığını ifadə edən Fuad Hüseyn İraqın bölgədə sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr