Vinnitsaya raket hücumu nəticəsində həlak olan və yaralananların sayı

Bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb

1855257
Vinnitsaya raket hücumu nəticəsində həlak olan və yaralananların sayı
Ukrayna_Vinnitsa_raket hücumu_01.jpg
Ukrayna_Vinnitsa_raket hücumu_02.jpg
Ukrayna_Vinnitsa_raket hücumu_03.jpg
Ukrayna_Vinnitsa_raket hücumu_04.jpg
Ukrayna_Vinnitsa_raket hücumu_05.jpg
Vinnitsya saldiri.jpg
Vinnitsya saldiri1.jpg

 

  Ukraynanın Vinnitsa şəhərinə raket hücumu nəticəsində həlak olan dinc sakinlərin sayı 12, yaralananlar 30 olub. Bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.

  Saat 11:50-də raketlər doqquz mərtəbəli Yubileynıy Həyat Evinin yaxınlığındakı dayanacağa düşüb, nəticəsində 25 avtomobil yanıb. Hadisə yerində 90 xilasedici çalışır.

  Ukrayna Milli Polisinin açıqlamasında bildirilir ki, 3 raket şəhər mərkəzindəki ordu evinə və yaxınlıqdakı evlərə düşüb.

  Zərərçəkən ərazilərdə başlayan yanğın rayon ərazisindəki dayanacağa keçib və 50-yə yaxın avtomobil yanıb. Qrupların yanğınsöndürmə və axtarış-xilasetmə işləri davam edir.

  Ukrayna prezidenti Volodimir Zelenski “Telegram” hesabından hücuma reaksiya göstərərək yazıb: "Rusiya hər gün mülki əhalimizi, ukraynalı uşaqları öldürür, heç bir hərbi şey olmayan ərazilərə raketlər atır. Bu, terrorçu ölkədir".

  Qeyd edək ki, Rusiyanın Ukraynanın Donetsk vilayətinə qarşı hava hücumları zamanı Slavyansk şəhəri də raketlərlə vurulub. Rusiya qüvvələrinin atdığı raketlər şəhərin Donetsk cəbhə xəttindən təxminən 20 kilometr aralıda yerləşən və intensiv toqquşmaların davam etdiyi sənaye ərazisinə də düşüb.

  Bir neçə dəqiqə fasilə ilə həyata keçirilən 3 hava zərbəsi nəticəsində bir fabrikə də ciddi ziyan dəyib.

  Raket hücumu nəticəsində həlak olan və xəsarət alanların sayının artacağı gözlənilir.



Әlaqәli Xәbәrlәr