“Türkiyə və prezidenti Qərbi Balkanlarda konstruktiv rola malikdir”, Ş.Cəfəroviç

Ş.Cəfəroviç rəsmi görüşlər üçün getdiyi İngiltərənin paytaxtı Londonda açıqlamalar verərək deyib...

1855055
“Türkiyə və prezidenti Qərbi Balkanlarda konstruktiv rola malikdir”, Ş.Cəfəroviç

 

  Bosniya və Herseqovina Prezident Şurasının sədri Şəfiq Cəfəroviç (Šefik Džaferović) Türkiyə və prezidenti Rəcəb Tayyib Ərdoğanın Qərbi Balkanlarda konstruktiv rola malik olduğunu vurğulayıb.  

  Ş.Cəfəroviç rəsmi görüşlər üçün getdiyi İngiltərənin paytaxtı Londonda açıqlamalar verərək deyib: “Srebrenista soyqırımının 27-ci ildönümü ilə əlaqədar Londonda keçirilən “Srebrenitsanı xatırlamaq” tədbirində iştirak etdim. Britaniya soyqırımın ildönümündə həm dövlət səviyyəsində xatirə proqramı təşkil edən, həm də məktəblərdə bu mövzunu anladan ölkələrdən biridir. Bütün dünya Srebrenitsa soyqırımını bilməlidir”.   

  Türkiyənin hər zaman Bosniya Herseqovinanın dostu olduğunu da deyən Cəfəroviç bunları söyləyib: "Türkiyə və prezidenti R.T.Ərdoğan Qərbi Balkanlarda konstruktiv və sabitləşdirici rola malikdir. O, Bosniya Herseqovinanın Avropa İttifaqı (Aİ) və NATO-ya üzvlük proseslərini dəstəkləyir. Bu dəstək bizim üçün son dərəcə vacibdir.

  İngiltərə də Bosniya Herseqovinanın dostudur. Hər zaman tərəfimizdədir. Bosniya Herseqovina Aİ və NATO üzvlüyü yolunda verdiyi dəstəyə görə Britaniyaya da minnətdardır".



Әlaqәli Xәbәrlәr