Zelenski Avropa İttifaqını sanksiya paketinə daha çox dəstək verməyə çağırıb

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı hazırladığı 7-ci sanksiya paketinə daha çox dəstək verməyə çağırıb.

1850636
Zelenski Avropa İttifaqını sanksiya paketinə daha çox dəstək verməyə çağırıb

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı hazırladığı 7-ci sanksiya paketinə daha çox dəstək verməyə çağırıb.

V. Zelenski Avstriyanın paytaxtı Vyanada keçirilən “4 Gamechager” festivalına videokonfrans vasitəsilə qatılaraq çıxış edib.

Zelenski çıxışında Rusiyanın Qara dənizi bağladığına görə taxılın Ukraynadan çıxarıla bilmədiyini, buna görə də Moskvanın Afrika və Asiyanı girov götürdüyünü söyləyib.

Zelenski iddia edib ki, Avropa aclıq təhlükəsinə qarşı addım atmayacağı təqdirdə bu, ciddi köç hərəkətinə səbəb olacaq və bu baxımdan Rusiya da Avropanı girov götürüb.

Hər fürsətdə Qərb ölkələrindən tələb etdikləri silahlara da toxunan Ukrayna lideri deyib:

"(Rusiya prezidenti Vladimir) Putin dialoq qurmaq istəmir, o, yalnız silahların dilini başa düşür. Biz bu silahlardan rusların bizdən almaq istədikləri bölgələrdə istifadə edirik".

Zelenski "Putinə təklif etdim ki, biz mədəni insanlar kimi bütün məsələləri danışıqlar masası arxasında həll edək. O, bizimlə danışmaq əvəzinə, indiyə qədər raket atıb" deyib.

Rusiyanın hərəkətlərinə görə cavab verməli olduğunu bildirən Ukrayna dövlət başçısı Avstriyanı Aİ-nin hazırladığı 7-ci sanksiya paketinə daha güclü dəstək verməyə çağırıb.

Zelenski əlavə edib ki, müharibə Aİ daxilində İttifaqın möhkəmlənməsinə gətirib çıxarıb və müharibədən sonra ölkəsi Avropa ailəsinin üzvü olacaq.

Festivala qatılan Avstriya Prezidenti Alexander Van der Bellen və Baş nazir Karl Nehammer də Ukraynanı dəstəkləməyə davam edəcəklərini ifadə ediblər.



Әlaqәli Xәbәrlәr