İraq hava limanında bütün uçuşlar dayandırılıb

İraqda təsirli olan qum fırtınası səbəbindən Bağdad Beynəlxalq hava limanında bütün uçuşlar dayandırılıb.

1842116
İraq hava limanında bütün uçuşlar dayandırılıb

TRT xəbər verir ki, İraqın rəsmi xəbər agentliyi İNA bu barədə məlumat yayıb. Bildirilir ki, ölkə üzrə həyatı ifliç edən qum fırtınası səbəbindən Bağdad Beynəlxalq hava limanında bütün uçuşlar dayandırılıb.

Amerikanın işğalından sonra İraqda yüz minlərlə ağacın kəsilməsinin qum fırtınasının artmasında təsirli olduğu qeyd edilir.



Әlaqәli Xәbәrlәr