Zelenski: "Mariupol şəhərinə hərbi yolla giriş hazırda qeyri-mümkündür"

Ukrayna prezidenti Vlodimir Zelenski paytaxt Kiyevdə Kanadanın baş naziri Castin Trüdo ilə birgə mətbuat konfransı keçirib.

1823799
Zelenski: "Mariupol şəhərinə hərbi yolla giriş hazırda qeyri-mümkündür"
Mariupol siviller (7).jpg

"Rusiya hərbçiləri tərəfindən mühasirəyə alınan Mariupol şəhərinə hərbi yolla girişin təmin edilməsi hazırda qeyri-mümkündür".

Bunu Ukrayna prezidenti Vlodimir Zelenski paytaxt Kiyevdə Kanadanın baş naziri Castin Trüdo ilə keçirdiyi mətbuat konfransında Mariupolla bağlı verdiyi açıqlamada deyib.

Ukraynanın Mariupola hərbi yolla girməsinə imkan verəcək ağır silahlara malik olmadığını deyən Zelenski ayrıca Mariupoldan ukraynalı əsgərlərin təxliyyəsi üçün Rusiyanın sadəcə məhkumları mübadilə etdiyini onlara çatdırdığını bildirib.

Ukrayna prezidenti G7-nin onlayn Liderlər Sammitində etdiyi çıxışında mülki insanları Rusiyanın hücumlarından qorumaq üçün çoxlüləli reaktiv yaylım atəşi sistemlərinə ehtiyaclarının olduğunu söyləyib.

Rusiya ordusunun ötən gün Ukraynanın Luqansk vilayətinin Bilohorivka kəndinə hava hücumu təşkil etdiyinə diqqət çəkən Zelenski deyib:

"Burada Rusiyanın bombardmanı nəticəsində 60 nəfər həlak edildi. Bu insanlar kənd məktəbində hücumlardan gizlənirdilər. Bu, nasistlərin Avropaya etdiyi pisliyi yamsılamaqdır". 

Rusiyanın Odessa və digər şəhərlərə hücum etdiyini bildirən Zelenski “Mülki insanları Rusiyanın hücumlarından qoruya biləcək çoxlüləli raketatanlara ehtiyacımız var” deyib.

Zelenski Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin vacibliyini də qeyd edib:

"Rusiyanın zorakılığa xidmət edən bütün zabitləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və xüsusən də hakimlər sanksiya siyahısında olmalıdır. Bu şəxslər hələ siyahılarda yoxdur. Hərbi cinayətlər törətmiş bütün rusiyalılar beynəlxalq əməkdaşlıq yolu ilə məsuliyyətə cəlb edilməli və həbs edilməlidir". 

Ukraynaya maliyyə dəstəyinin verilməsinin vacibliyinə də toxunan Zelenski müharibədə zədələnmiş infrastrukturun təmiri üçün ən azı 600 milyard dollara ehtiyaclarının olduğunu bildirib.

Xatırladaq ki, Rusiya əsgərləri fevralın 24-də Ukraynaya hücuma keçib.



Әlaqәli Xәbәrlәr