“Qarabağdakı münaqişələrin sona çatmasında Putin əsas rol oynayıb”, N.Paşinyan

N.Paşinyanın səfəri zamanı Rusiya ilə Ermənistan arasında bir sıra sənədlərin imzalanmasının planlaşdırıldığını deyən V.Putin ötən il iki ölkə arasında iqtisadi əlaqələrin yaxşılaşdığına diqqət çəkərək deyib...

1814749
“Qarabağdakı münaqişələrin sona çatmasında Putin əsas rol oynayıb”, N.Paşinyan

 

  Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

  N.Paşinyanın səfəri zamanı Rusiya ilə Ermənistan arasında bir sıra sənədlərin imzalanmasının planlaşdırıldığını deyən V.Putin ötən il iki ölkə arasında iqtisadi əlaqələrin yaxşılaşdığına diqqət çəkərək deyib: “Paşinyanla hər 10 gündən bir telefonla danışırıq.

  Təbii ki, təhlükəsizlik məsələləri, o cümlədən Qarabağla bağlı məsələlər diqqətimizdədir.

  Bir sıra problemlər var".

  Ermənistanın baş naziri Paşinyan da bildirib ki, Qarabağdakı münaqişələrin sona çatmasında Rusiya prezidenti Putin əsas rol oynayıb, "Rusiya sülhməramlılarının fəaliyyəti orada ümumi təhlükəsizliyi təmin edir. Görünür, sülhməramlıların fəaliyyətinin daha səmərəli olması üçün nələr edilə biləcəyinə yenidən baxmaq lazımdır" deyib.



Әlaqәli Xәbәrlәr