Rusiya MN: Ukraynanın daha 42 hərbi obyekti vurulub

Rusiya Müdafiə Nazirliyi aprelin 7-də Ukrayna ordusuna məxsus 42 hərbi infrastruktur obyektinin məhv edildiyini bildirib.

1809297
Rusiya MN: Ukraynanın daha 42 hərbi obyekti vurulub

Rusiya Müdafiə Nazirliyi aprelin 7-də Ukrayna ordusuna məxsus 42 hərbi infrastruktur obyektinin məhv edildiyini bildirib.

Nazirliyin sözçüsü İqor Konaşenkov Ukraynadakı hərbi infrastruktur obyektlərinə hücumları davam etdirdiklərini bildirərək, aprelin 7-də Ukraynanın Jitomir bölgəsindəki qatar stansiyasında hərbi texnikanın yüksək dəqiqlikli raketlərlə vurulduğunu söyləyib.

Vurulan texnikanın Donbas bölgəsindəki Ukrayna hərbi birləşmələrinə göndərilməsinin planlaşdırıldığını müdafiə edən Konaşenkov dünən Ukraynada həyata keçirilən təyyarə hücumlarında 42 hərbi infrastruktur obyektinin məhv edildiyini bildirib:

“Bu günə qədər Ukrayna ordusuna məxsus 125 təyyarə, 95 helikopter, 416 pilotsuz uçuş aparatı, 2 min 3 tank və zirehli texnika, 220 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 869 haubitsa və minaatan, 1902 xüsusi təyinatlı hərbi texnika vurulub”. 
Xatırladıq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya hərbi hücum başladıb.



Әlaqәli Xәbәrlәr