Zelenski mülki vətəndaşların qətlə yetirilməsinin “soyqırım” olduğunu bildirib

Ukrayna prezidenti V. Zelenski Rusiya ordusunun paytaxt Kiyev yaxınlığındakı yaşayış məntəqələrində çox sayda mülki vətəndaşa işgəncə verərək qətlə yetirdiyini və bunun “soyqırım” olduğunu qeyd edib.

1806467
Zelenski mülki vətəndaşların qətlə yetirilməsinin “soyqırım” olduğunu bildirib

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun paytaxt Kiyev yaxınlığındakı yaşayış məntəqələrində çox sayda mülki vətəndaşa işgəncə verərək qətlə yetirdiyini və bunun “soyqırım” olduğunu qeyd edib.

Vladimir Zelenski ABŞ-ın "CBS" televiziyasına qoşulub və fevralın 24-dən bəri davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verib.

Rusiyanın geri çəkilməsinin taktiki güc dəyişikliyi olduğunu deyən Zelenski Rusiya ordusunun bəzi şəhərləri ələ keçirmək üçün çoxsaylı cəhdlər etdiyini, Kiyev yaxınlığında tutduğu bəzi yaşayış məntəqələrində isə ciddi dağıntılara səbəb olduğunu bildirib.

Zelenski çoxlu döyüş filmlərinə baxdığını bildirərək, "Amma belə bir şey təsəvvür edə bilməmişdik. Bütöv bir ölkəni məhv etmək qərarı manyak bir qərardır" deyib.

Ukrayna lideri bildirib ki, Rusiya ordusu bütün diqqətini Ukraynanın şərqinə cəmləyib və Krımla Donbass bölgəsini birləşdirmək üçün yığınaq edib və çeçenləri oraya daşıyıb.

Rusların geri çəkilməsindən sonra Kiyev ətrafındakı yaşayış məntəqələrində ortaya çıxan mülki cəsədləri və dağıntı ilə bağlı görüntüləri dəyərləndirən Ukrayna lideri Rusiya prezidenti Vladimir Putin və bu ölümlərdə əli olan bütün komandirlərin mühakimə olunmasının vacibliyini dilə gətirib.
Zelenski “Mən əlləri bağlı, bədənləri şikəst edilmiş, işgəncələrə məruz qalan və öldürülən uşaqların görüntülərini təsəvvür edə bilmirəm” deyib.

Kiyev yaxınlığındakı yaşayış məntəqələrində baş verənlərin “soyqırım” olub-olmaması ilə bağlı suala Zelenski belə cavab verib:

"Əlbəttə, bu, soyqırımdır. Bu, bütün millətin və xalqın məhv edilməsidir. Biz Ukrayna vətəndaşlarıyıq. Bizdə yüzdən çox millət var. Bu, bütün bu xalqların məhv edilməsindən gedir. Biz Ukrayna vətəndaşlarıyıq və biz Rusiya Federasiyasının siyasətinə tabe olmaq istəmirik. Ona görə də məhv edilirik və bu, 21-ci əsr Avropasında baş verir”.

Müharibənin mütləq bitməli olduğunu deyən Zelenski minlərlə insanın həlak olacağı təqdirdə sülhə razı olmayacağını, lakin başqa yolu olmadığını qeyd edib.

“Mən bir prezident kimi deyirəm ki, yüz minlərlə, milyonlarla insanın ölməsini istəmiriksə, dialoqdan başqa yol yoxdur”, - Vladimir Zelenski bildirib. 

Ukrayna prezidenti videomüraciətində Almaniyanın keçmiş kansleri Merkeli və Fransanın keçmiş prezidenti Nikola Sarkozini Rusiya əsgərlərindən azad edilmiş Buçaya səfərə dəvət edib.

Qeyd edək ki, aprelin 1-də paytaxt Kiyev yaxınlığındakı Buça şəhərini rus qoşunlarından azad edən Ukrayna ordusu binaları dağıdılmış, küçələri meyitlərlə dolu şəhərlə qarşılaşıb.



Әlaqәli Xәbәrlәr