Rusiya prezidenti əsgərlərin sayını artırma fərmanı verdi
V.Putinin imzaladığı və Rusiya Dövlət Hüquq İnformasiya Sistemində dərc olunan fərmana əsasən ...
2187925
Rusiya prezidenti Vladimir Putin orduda əsgərlərin sayını təqribən 180 min nəfər artıraraq hərbi personalın ümumi sayını 2 milyon 389 mindən çox artıran fərman imzalayıb.
V.Putinin imzaladığı və Rusiya Dövlət Hüquq İnformasiya Sistemində dərc olunan fərmana əsasən, əsgər sayı 1 milyon 500 min olmaqla Rusiya Silahlı Qüvvələri şəxsi heyəti 2 milyon 389 min 130 nəfər müəyyən edilib.
Qərar 2024-cü il 1 dekabrdan qüvvəyə minəcək.
Xatırladaq ki, Vladimir Putin 2023-cü ilin dekabrında imzaladığı fərmanla Rusiya ordusundakı şəxsi heyətin sayını 1 milyon 320 mini əsgər olmaqla 2 milyon 209 min 130-a çatdırmışdı.