Ukrayna təxliyə prosesi ilə bağlı məlumat paylaşıb

Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk gün ərzində 7 mindən çox Mariupol sakininin təxliyə edildiyini açıqlayıb.

1800391
Ukrayna  təxliyə prosesi ilə bağlı məlumat paylaşıb

Rusiya ordusunun Ukraynaya hücumları nəticəsində 121 uşaq həyatını itirib, 167 uşaq isə yaralanıb.

Ukrayna Baş Prokurorluğundan verilən açıqlamada Rusiya ordusunun bombardmanları nəticəsində 548 təhsil müəssisəsinin zərər gördüyü, onlardan 72-nin tamamilə məhv edildiyi qeyd edilib.

Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk gün ərzində 7 mindən çox Mariupol sakininin təxliyə edildiyini açıqlayıb.

Vereşçuk sosial şəbəkədə yayımladığı görüntüdə Ukraynada münaqişələrin baş verdiyi yerlərdən mülki şəxslərin təxliyə prosesi ilə bağlı məlumat paylaşıb.

Mariupol sakinlərinin təxliyəsi üçün humanitar yardım koridorlarını işə saldıqlarını ifadə edən Vereşçuk "Min 100 Mariupol sakini Berdyansk şəhərindən təxliyə edilib. Bundan başqa, 5 min 926 nəfər şəxsi maşınlarla Mariupol şəhərindən humanitar yardım dəhlizləri ilə Zaporojya şəhərinə çatıb" deyib.

Mariupolun bəzi kəndlərində təxliyələrin rus hərbi qüvvələri tərəfindən qarşısının alındığını vurğulayan Vereşçuk Berdyanska tibbi və qida ləvazimatlarını çatdırdıqlarını və təxliyə işlərinin sabah da orada davam etdirəcəklərini bildirib.

Rusiya qüvvələrinin paytaxt Kiyevə hücumları davam edir. Kiyevin Nıvki rayonunda baş verən hücumda 2 fərdi yaşayış evi yanaraq yararsız hala salınıb. Ətrafdakı bəzi evlərin də şüşələri sındırılıb.

Ukrayna mətbuatında yer alan xəbərlərdə dünən gecədən etibarən Kiyevdə bəzi bölgələrin, o cümlədən ticarət mərkəzinin Rusiya qüvvələrinin hədəfində olduğu bildirilib.

Kiyevdəki hücumlarda ən azı 4 nəfərin yaralandığı bildirilib.

Ukrayna rəsmiləri iddia edib ki, Çernobıl AES-i zəbt edən rus qoşunları ərazidəki laboratoriyanı “talan ediblər və dağıdıblar”.

Dövlət Təxliyə Blögələrinin İdarə Edilməsi Agentliyi bildirib ki, ruslar radioaktiv tullantıları emal edən Mərkəzi Analitik Laboratoriyalara ciddi ziyan vurub.

Dövlət agentliyi "Facebook"dakı paylaşımında bildirib:

"Bu gün düşmən əlində olan laboratoriyada son dərəcə aktiv nümunələr və radionuklid nümunələri var idi".

Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko bəyan edib ki, Rusiya ordusu tərəfindən mühasirəyə alınan Xerson şəhəri humanitar fəlakətlə üz-üzədir.

Nikolenko sosial mediada verdiyi açıqlamada Rusiya hərbi qüvvələrinin Xersonu mühasirəyə almasına diqqət çəkib və bu ifadələrdən istifadə edib:

"Rusiya ordusunun blokadasına görə Xersonun 300 min sakini humanitar fəlakətlə üz-üzə qalıb. Xersonda ərzaq və dərman ehtiyatları demək olar ki, tükənib. Lakin Rusiya mülki şəxslərin təxliyəsi üçün humanitar dəhlizlər açmaqdan imtina edir".

Rusiyanın hərəkətlərini “barbarlıq” kimi qiymətləndirən Nikolenko buna son qoyulmasının vacibliyini vurğulayıb.

Prezident Aparatının rəhbəri Andriy Yermak bəyan edib ki, Çin Rusiyanın öz ölkəsinə qarşı başlatdığı müharibənin dayandırılmasında “əhəmiyyətli” rol oynamalıdır.

Yermak özünün "Twitter" hesabında paylaşım edib:

“Kiyev Pekinin müharibənin dayandırılmasında daha mühüm rol oynayacağına ümid edir”. 

Yermak Rusiya prezidenti Vladimir Zelenski ilə Çin lideri Si Cinpinq arasında görüş gözlədiklərini vurğulayıb.

Xarici işlər naziri Dmitro Kuleba martın 21-də verdiyi açıqlamada Çinə Ukraynadakı vəziyyətin həll prosesinə daxil edilməsinin vacibliyini bildirib.

Həmin gün Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bəyan edib ki, Rusiya və Ukrayna aralarında dialoqu davam etdirməli və danışıqlarda sülh bərqərar olmalıdır.



Әlaqәli Xәbәrlәr