Rusiyanın hücumlarında 97 uşaq həlak olub

Ukraynanın Baş Prokuroru Rusiya-Ukrayna müharibəsi zamanı martın 24-dən 15-dək olan hücumlarda 97 uşağın həlak olduğunu bildirib.(YENİLƏNİB)

1796181
Rusiyanın hücumlarında 97 uşaq həlak olub

Ukraynanın Baş Prokuroru Rusiya-Ukrayna müharibəsi zamanı martın 24-dən 15-dək olan hücumlarda 97 uşağın həlak olduğunu bildirib.

Baş Prokurorluğun verdiyi bəyanatda Rusiya silahlı qüvvələrinin Ukraynada həyata keçirdiyi hücumlar nəticəsində 100-dən çox uşağın yaralandığı bildirilib.

Bəyanatda ayrıca “Hər gün ən azı 5 uşaq bombardman altında ölür” ifadəsindən istifadə edilib.

Digər tərəfdən, rusların hücumuna məruz qalan Zeleniy Qay kəndindəki məktəbin dağıntıları altından 7 cəsəd tapılıb, 3 nəfər xilas edilib.

Nikolayev Fövqəladə Hallar Xidmətinin "Facebook" hesabından etdiyi paylaşımda qeyd olunub ki, martın 13-də ruslar Zeleniy Qaydakı məktəbə hava hücumu həyata keçirib.

Hücum nəticəsində məktəb binasına ciddi ziyan dəydiyi bildirilib və xilasetmə qruplarının sadəcə dağıntıların altındakı 7 nəfərin cəsədini çıxardığı və üç nəfəri xilas etdiyi qeyd olunub.

Rusiya qüvvələrinin paytaxt Kiyevdə təşkil etdiyi hücumda bir binanın üzərinə şrapnel parçaları düşməsi nəticəsində 2 nəfər yaralanıb.

Ukrayna Silahlı Qüvvələri bir neçə istiqamətdə əks-hücuma keçib.

Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

"Ukrayna ordusu bəzi əməliyyat bölgələrində əks-hücuma keçib. Bu, tərəflərin dispozisiyasını kardinal şəkildə dəyişir" deyə o bildirib.

Podolyak onu da qeyd edib ki, Rusiya rəhbərliyi əsgərləri ölməyə hazır olan müttəfiqlər axtarmağa çalışır.

Ukrayna Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, qəlpə parçaları Kiyevin mərkəzində 12 mərtəbəli yaşayış binasına düşüb.

Binada yanğın baş verib, yaxınlıqdakı binaya da ziyan dəyib.

Yanğınsöndürənlər yanğını söndürüb, ikisi yaralı olmaqla 37 nəfər mənzil sakini təxliyə olunub.

Ukrayna hakimiyyəti tərəfindən döyüş bölgəsindən humanitar dəhlizlərlə 29 minə yaxın insan təxliyə edilib.

Bunu isə Volodimir Zelenskinin Ofis rəhbərinin müavini Kirilo Timoşenko deyib.

Bundan əvvəl Ukraynanın baş nazirinin müavini, nəzarət olunmayan ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk bildirib ki, martın 15-də Mariupoldan humanitar dəhliz boyunca 20 minə yaxın insan yola salınıb.

Timoşenko təxliyə edilən insanların bir hissəsinin Ukraynanın Zaporijya bölgəsinə çatdığını qeyd edib.

Digər tərəfdən, "Fox News"un əməkdaşı Pyer Zakrevskiy paytaxt Kiyev yaxınlığında avtomobilinə atəş açılaraq dünyasını dəyişib.

Qeyd edilib ki, İraq, Əfqanıstan və Suriyada işlədiyi bildirilən Zakrevskiy fevralın əvvəlindən Ukraynada işləyir.

Ötən gün baş verən eyni hücumda "Fox News" xəbər kanalının döyüş müxbiri Benjamin Hallın yaralanaraq xəstəxanaya yerləşdirildiyi açıqlanıb.

Rusiyanın Ukraynaya fevralın 24-dən davam edən hücumları nəticəsində Brent Renaud adlı amerikalı jurnalistin də martın 13-də dünyasını dəyişdiyi bildirilib.

Xatırladaq ki, Ukraynada usiya qoşunları fevralın 24-də Ukraynaya hərbi hücuma başlayıb.



Әlaqәli Xәbәrlәr