Paytaxt Kiyev mərmi atəşinə məruz qalıb, ölən və yaralananlar var

Kiyev şəhər Dövlət Administrasiyası xəbər verir ki...

1794920
Paytaxt Kiyev mərmi atəşinə məruz qalıb, ölən və yaralananlar var
Kiyev_müharibə_01.jpg
Kiyev_müharibə_Antonov zavodu.jpg

 

  Ukraynanın paytaxtı Kiyev şəhəri martın 14-nə keçən gecə və bu gün səhər saatlarında mərmi atəşinə məruz qalıb.

  Kiyev şəhər Dövlət Administrasiyası xəbər verir ki, martın 14-ü bazar ertəsi səhər saatlarında Kiyevdə təyyarə istehsalı ilə tanınan “Antonov” zavodu atəşə tutulub. Bundan başqa Kiyevin mərkəzi Obolon rayonunda yaşayış binası raket zərbəsi ilə vurulub.

  Partlayışların baş verdiyi yerlərdə yanğınsöndürən və həkim briqadaları işləyir.

  İlkin məlumata görə, partlayışlar nəticəsində iki nəfər həlak olub, 7 nəfər yaralanıb. Xilasedicilər Obolon rayonunda yaşayış binasında partlayış baş verən ərazidən təxminən 70 nəfəri təxliyə ediblər.



Әlaqәli Xәbәrlәr