Çernobıl Atom Elektrik Stansiyasında elektrik enerjisi bərpa olundu
Ukrayna Energetika Nazirliyindən verilən yazılı məlumata görə...
Ukrayna Energetika Nazirliyi Çernobıl Atom Elektrik Stansiyasında davam edən təmir işlərinin başa çatdığını və stansiyaya elektrik enerjisinin verildiyini bildirib.
Ukrayna Energetika Nazirliyindən verilən yazılı məlumata görə, Rusiyanın 9 mart hücumu nəticəsində elektrik enerjisi kəsilən Çernobıl Atom Elektrik Stansiyasında Ukraynanın “Ukrenerqo” Milli Enerji Şirkəti tərəfindən aparılan təmir işləri başa çatıb və stansiyada elektrik enerjisi bərpa edilib.
Ardıcıl 2 həftədən çoxdur ki, Ukraynanın enerji sistemi Rusiya işğalçılarının atəşi altında işləyir.
Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçib.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir