Ukrayna prezidenti Vladimir Zelenski kimyəvi hücum iddialarını təkzib edib

Ukrayna prezidenti Vladimir Zelenski ordunun kimyəvi hücuma hazırlaşması ilə bağlı iddiaları təkzib edib.

1793624
Ukrayna prezidenti Vladimir Zelenski kimyəvi hücum iddialarını təkzib edib

Prezident Zelenski Telegram kanalında yayımladığı videomüraciətdə: “Rusiya Ukraynada törətdiyi cinayətləri təbliğatla ört-basdır etməyə çalışır. Rusiyanın planları öyrənmək üçün, özgələri nədə ittiham etdiyinə baxılmalıdır. Biz daha bunu təcrübə etmişik.

Xatırladaq ki, Martın 9-da Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov verdiyi açıqlamada Ukrayna ordusunun təxribat xarakterli hərəkətlərə hazırlaşdığını və bu məqsədlə Xarkov şəhəri yaxınına 80 ton ammonyak yığıldığını irəli sürüb.

Digər tərəfdən, Ukrayna lideri son iki gündə Rusiya ordusu ilə müharibənin davam etdiyi şəhərlərdən təxminən 100 min insanın təxliyə edildiyini bildirib. Bölgələrə humanitar yardım çatdırıldığını ifadə edən Zelenski Mariupol və Volnovaha şəhərlərinin tamamilə blokadaya alındığını, Rusiya qoşunlarının hücumları davam etsə də Mariupola ərzaq və tibbi ləvazimatdan ibarət kərvan cəlb olunması təlimatını verdiyini bildirib. Prezident : “İşğalçılar Mariupol sakinləri üçün həyati əhəmiyyət kəsb edən dəhlizə tanklardan atəş açıblar və onlar bunu qəsdən ediblər. Bu terrordur”.



Әlaqәli Xәbәrlәr