Ukraynada həyatını itirən futbolçu sayı 2-yə yüksəldi

Ukraynanın “Karpat” klubunun futbolçusu Vitali Sapilo Rusiya silahlıları ilə döyüşdə həlak olub.

1788295
Ukraynada həyatını itirən futbolçu sayı 2-yə yüksəldi

2-ci divizion təmsilçisinin 21 yaşlı futbolçusu Ukrayna ordusunun tərkibinə tank komandiri kimi qatılıb.

O, Kiyevin müdafiəsi uğrunda gedən döyüşlərdə ağır yaralanıb və daha sonra vəfat edib.

Daha öncə Ukraynanın “Qostomel” komandasının futbolçusu Dmitri Martinenko da yaşadığı bina bombalandığı üçün anası ilə birgə dünyasını dəyişmişdi.

 



Әlaqәli Xәbәrlәr