Rəsmi Kiyev və Moskva arasında Ukrayna ilə bağlı danışıqlar başa çatdı

Nümayəndə heyətləri məsləhətləşmələr aparmaq üçün öz paytaxtlarına qayıdıblar

1787237
Rəsmi Kiyev və Moskva arasında Ukrayna ilə bağlı danışıqlar başa çatdı

 

  Kiyev və Moskva arasında Ukraynada vəziyyətin nizamlanmasına dair danışıqlar başa çatıb.

  Belarusun Qomel vilayətində keçirilən danışıqlar beş saata yaxın davam edib.

  Ukrayna prezidenti ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyakın sözlərinə görə, tərəflər prioritet mövzuları, konkret qərarları müəyyənləşdiriblər. 

  Nümayəndə heyətləri məsləhətləşmələr aparmaq üçün öz paytaxtlarına qayıdıblar.

  Podolyak deyib ki, "Əgər danışıqların üçüncü raundu baş tutarsa, bugünkü mövzular inkişaf etdiriləcək".

  Rəsmi Kiyev üçün görüşün əsas mövzusu atəşin dayandırılmasının müzakirəsi olub.



Әlaqәli Xәbәrlәr