Rusiyanın hücumlarından qaçan ukraynalıların Moldovaya daxil olduğu bildirilib

Moldova prezidenti Maia Sandu sosial media hesabından etdiyi pylaşımda bu gün Ukraynadan 4 mindən çox insanın Moldovaya keçdiyini bildirib.

1785222
Rusiyanın hücumlarından qaçan ukraynalıların Moldovaya daxil olduğu bildirilib

Rusiyanın hücumlarından qaçan ukraynalıların Moldovaya daxil olduğu bildirilib.

Moldova prezidenti Maia Sandu sosial media hesabından etdiyi pylaşımda bu gün Ukraynadan 4 mindən çox insanın Moldovaya keçdiyini bildirib:

“Hökumət Palanca və Ocnita yaxınlığında müvəqqəti məskunlaşma mərkəzləri yaradıb. Sərhədlərimiz təhlükəsiz keçidə və ya qalmağa ehtiyacı olan Ukrayna vətəndaşları üçün açıqdır".

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT UNHCR) komissarı Filippo Qrandi ukraynalıların Moldova sərhədini keçməsinə icazə verdiyi üçün prezident Sanduya təşəkkür edib.

F. Qrandi “Prezident Sand, Ukraynadan qaçan insanların Moldova sərhədini təhlükəsiz keçməsinə icazə verdiyiniz üçün təşəkkür edirəm. “BMT UNHCR-də biz, siz onları qəbul edərkən beynəlxalq dəstəyi səfərbər etmək üçün əlimizdən gələni edəcəyik” deyib.

Qeyd edək ki, Rusiya Ukraynanın şərqindəki Donbasdakı separatçı hökumətləri tanıyıb və fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr