ABŞ Suriyada terror təşkilatı YPG/PKK ilə birgə təlim keçirir

Suriyada YPG/PKK terror təşkilatının üzvlirinə silahlı təlimlər verən ABŞ ordusu Deyr əz-Zor vilayətinin şimal-qərbində terror təşkilatı ilə birgə silahlı manevr keçirir.

1781105
ABŞ Suriyada terror təşkilatı YPG/PKK ilə birgə təlim keçirir

TRT-nin yerli mənbələrə istinad etdiyi xəbərinə görə ABŞ əsgərləri səhər saatlarında Suriyanın Əbu Haseb səhrasındakı sənaye zonası və ətrafında YPG/PKK üzvü terrorçular ilə birgə silahlı təlimə başlayıb. Bildirilir ki, birgə təlim döyüş təyyarələri və helikopterlərin, həmçinin bir neçə tank və zirehli texnikanın iştirakı ilə keçirilir. Terror təşkilatı DEAŞ-a qarşı mübarizə aparan beynəlxalq koalisiya qüvvələrinin bəzi əsgərlərinin də qatıldığı manevrdə terrorçulara minaatan, artilleriya atəşi və idarəolunan tank əleyhinə raketlərdən istifadə üzrə təlimlər verilir.

Xatırladaq ki, Dekabr ayında ABŞ əsgərləri Əbu Haseb səhrasında YPGK/PKK terrorçuları ilə birgə silahlı təlim keçirib. Terror təşkilatı DEAŞ-a qarşı yaradılan koalisiyanın tərkibində iştirak edən ABŞ və Fransa daha əvvəl Fəratın şərqindəki Haseke və Deyr əz-Zorda YPG/PKK terrorçuları müxtəlif hərbi təlimlərdən keçirərək dəstək vermişdi.

Qeyd edək ki, 2015-ci ildən bəri ABŞ və onun rəhbərlik etdiyi koalisiya qüvvələri minlərlə YPG/PKK terrorçusuna silahlı təlim verib.



Әlaqәli Xәbәrlәr