Əfqanıstan və Pakistan arasındaki sәrhәd keçid qapısı yenidәn açıldı

Əfqanıstan və Pakistan arasındakı Spin Boldak Sərhəd Qapısı piyadaların və ticari nәqliyyat vasitәlәrinin keçidinə yenidәn açıldı.

1728128
Əfqanıstan və Pakistan arasındaki sәrhәd keçid qapısı yenidәn açıldı

TRT-nin Əfqanıstan mətbuatına  istinad etdiyi  xәbәrә  görә  Əfqanıstanın Qəndəhar vilayətinin Spin Boldak qəsəbəsi ilə Pakistanın Bəlucistan əyalətinin Çәmәn şəhəri arasındakı sərhəd qapısı 1 aylıq fasilədən sonra yenidən açılıb. Pakistanın Kabildəki səfiri Mensur Əhməd Xan sosial media hesabından  verdiyi  açıqlamada Spin Boldak Sərhəd Qapısının piyadalar və ticarət maşınları üçün açıldığını və Pakistan hökumətinin dekabrın 31-dək Əfqanıstan xalqına  viza rüsumu  tәtbiq etmiyәcәyini bildirib. Sәfirin   sözlәrinә   görә sözügedən sərhəd qapısından yerli vaxtla saat 08:00-16:00 arası keçmək mümkün olacaq.

Xatırladaq ki, iki ölkə arasında mühüm sərhəd keçid məntəqələrindәn olan  Spin Boldak və Torxam sərhəd keçidləri avqust ayından etibarən həm Pakistan, həm də Taliban tərəfindən vaxtaşırı bağlanıb və yenidən açılıb.

Qeyd  edәk ki, sərhəd bölgələrində iki ölkənin təhlükəsizlik qüvvələri arasında fasilәlәrlә yaşanan gərginlik, qapıların bağlanmasına səbəb olur. 



Әlaqәli Xәbәrlәr