Çin və Rusiya Sibir sahillərində birgə dəniz təlimi keçirir

TRT-nin Qlobal Times qəzetinə istinad etdiyi xəbərə görə, “Ümumi Dəniz 2021” adlı təlim Rusiyanın Vladivostok şəhərinin yaxınlığındakı Böyük Pyotr körfəzində keçirilir.

1720174
Çin və Rusiya Sibir sahillərində birgə dəniz təlimi keçirir

Təlimin məqsədi Çin və Rusiya donanmalarının rabitə, mina mühafizəsi, zenit və sualtı əleyhinə imkanlarından istifadə etməklə dəniz hədəflərinə birgə atəş etmək qabiliyyətlərini artırmaqdır. Çinin xaricdə ilk dəfə sualtı əleyhinə təyyarələri və 10 min tonluq  gəmilərinin iştirakı ilə  keçirilən təlim bazar gününə qədər davam edəcək. ABŞ -ın qlobal və regional siyasəti başda olmaqla hərbi güc siyasətindən tənqid edən iki ölkənin Vaşinqton rəhbərliyinin  ingiltərə  və Avstraliya ilə  yaratdığı  ittifaq  çərçivəsində Avstraliyaya Sakit Okeanda nüvə sualtı donanması qurmağına kömək edəcəyini açıqladığı  bir dövrdə təlim keçirməsi diqqətləri cəlb edir.



Әlaqәli Xәbәrlәr