Livan Türkiyəyə minnətdarlığını bildirib

Livan Səhiyyə Naziri Hamad Həsən, Akkar bölgəsindəki yanacaq anbarında baş verən partlayışda yaralananlar üçün ikinci dəfə təcili yardım təyyarəsi göndərən Türkiyə hökumətinə və xalqına təşəkkürünü bildirib.

1693795
Livan Türkiyəyə minnətdarlığını bildirib

Türkiyədən Livana göndərilən ikinci təcili yardım təyyarəsi Beyrut hava limanında bu ölkənin Səhiyyə naziri Həsən və Türkiyənin Beyrutdakı səfiri Əli Barış Ulusoy tərəfindən qarşılanıb. İqtisadi böhranın davam etdiyi ölkədə sağlamlıq imkanlarının çatışmazlığı səbəbindən xaricdən kömək tələb edən Livana Türkiyədən göndərilən ticili yardım təyyarəsi vəziyyəti ağır olan iki xəstəni müalicə məqsədi ilə Türkiyəyə gətirmək üzrə Beyrutdan ayrılıb.

Livan Səhiyyə Naziri Həsən, hava limanında mətbuata verdiyi açıqlamada 15 Avqustda baş verən partlayışdan sonra kömək tələblərinə biganə qalmayan Türkiyəyə minnətdarlığını bildirdiyini qeyd edib.

Türkiyənin Beyrut Səfiri Ulusoy da hər zaman olduğu kimi 15 Avqustda baş verən partlayışdan sonra da qardaş Livana yardım əlini uzadan ilk ölkənin Türkiyə olduğunu, bu ölkə xalqına yardımların davam edəcəyini söyləyib. Xatırladaq ki, Bazar günü Livanın şimalındakı Akkar bölgəsində yanacaq anbarında baş verən partlayışda 28 nəfər həyatını itirib, 79 nəfər yaralanıb.



Әlaqәli Xәbәrlәr