Səudiyyə Ərəbistanında korrupsiya qalmaqalı, 207 nəfər saxlanıb
Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Mujib korrupsiya işi təhqiqatı çərçivəsində 207 nəfərin saxlanıldığını bildirib.
Bu barədə "Əş-Şark əl-ausat" qəzeti məlumat yayıb.
Baş prokuror 7 nəfərin azadlığa buraxıldığını qeyd edib. "Korrupsiya işi təhqiqatı ilə əlaqədar saxlanılmış 207 nəfərdən 7-i azadlığa buraxılıb", - deyə baş prokuror qeyd edib.
O, istintaq sirri ilə əlaqədar saxlanılanlar haqqında şəxsi məlumatları açıqlamaqdan imtina edib.
Qeyd edək ki, 2018-ci ilin Mart ayında, Ərəbistanı Kralı Salman ibn Əbdüləziz korrupsiya işlərinə baxan xüsusi palataların yaradılması ilə əlaqəli fərman imzalamışdı.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir