Seyid İbrahim Rəisi Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun müşayiətindəki nümayəndə heyəti İranın paytaxtı Tehranda İranın 8. Prezidenti İbrahim Rəisi tərəfindən qəbul edilib.

1686263
Seyid İbrahim Rəisi Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun müşayiətindəki nümayəndə heyəti İranın paytaxtı Tehranda İranın 8. Prezidenti İbrahim Rəisi tərəfindən qəbul edilib.

Görüşə Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr əvəzi  Numan Kurtulmuş, Türkiyə-İran Dostluq Qrupunun rəhbəri və AK Partiyanın Van şəhəri millət vəkili Osman Nuri Gülacar və AK Partiyanın Kütahya şəhəri millət vəkili İshak Gazel də qatılıblar.

Mustafa Şentop İranın 8 -ci Prezidenti İbrahim Rəisi ilə görüşdən sonra Türkiyə mətbuatına açıqlama verib.

"Hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırdıq. (Rəisinin prezidentliyinin) İran xalqına uğurlar gətirməsini diləyərək və Ona vəzifəsinin icrasında uğrlar arzu etdik" deyib.
Şentop  ayrıca Türkiyə-İran Yüksək Səviyyəli İşbirliyi Şurasının növbəti toplantısının iki ölkə arasındakı əməkdaşlığın daha da inkişaf etdirilməsi yolunda təsirli bir addım olacağına ümidvar olduğunu bildirib.

AK Partiyanın sədr əvəzi Numan Kurtulmuş da Prezident Ərdoğan və AK Partiyanın təbrik mesajlarını Rəisiyə çatdırdıqlarını ifadə edib.

"Türkiyə ilə İran arasındakı əlaqələrin yeni dövrdə daha da artırmaq istədiyimizi bildirdik. Türkiyə ilə İran arasındakı iqtisadi əlaqələri artırmağın hər iki ölkənin xeyrinə olacağını vurğuladıq" deyə N. Kurtulmuş qeyd edib. 

Rəisi də görüşdə İran və Türkiyə arasındakı əlaqələrin qonşuluq əlaqələrinin üzərində olduğunu bildirib.

"Birgə inanclar iki ölkə xalqını bir-birinə çox yaxınlaşdırmışdır. İranın yeni xarici siyasəti dost və qardaş Türkiyə ilə əlaqələri müxtəlif sahələrdə genişləndirməkdir. Tehran və Ankaranın bütün sahələrdə əlaqələri yaxşılaşdırmaq üçün bir çox uyğun potensialı var. Münasibətlərin səviyyəsinin yüksəldilməsi iki ölkə arasında əməkdaşlığı regional və beynəlxalq səviyyədə daha təsirli şəkildə artıracaqdı" deyə İran prezidenti vurğulayıb.

İ. Rəisi qonşuluq siyasətinin yeni hökumətin prioritetləri arasında olacağını bildirib:

"Qonşuluq siyasətinin uğuru İran və Türkiyə arasındakı çoxşaxəli əlaqələrin dərinləşməsi və inkişafından asılıdır".

Qeyd edək ki, Şentop və onu müşayiət edən heyət İ. Rəsininin Prezident andiçmə mərasimində iştirak etmək üçün İranda səfərdədir.



Әlaqәli Xәbәrlәr