Türkiyədən Gürcüstana dəstək davam edir

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinın Gürcüstanda həyata keçirilən sağlamlıq və mədəniyyət layihələrinə dəstəyi davam edir.

1672514
Türkiyədən Gürcüstana dəstək davam edir

Paytaxt Tbilisidə  Türkiyənin  dəstəyi ilə  həyata keçirilən iki layihənin ( Tbilisi Milli Reabilitasiya - Adaptasiya Mərkəzi və Aşık Kamandar Əfəndiyev Muzey Evinin) açılışı reaellaşdırılıb.

Bərpa  fəaliyyətləri Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi tərəfindən Tbilisi Milli Reabilitasiya - Adaptasiya Mərkəzi TİKA prnezidenti Sərkan Kayalar tərəfindən istifadəyə verilyib.  Açılış  mərasiminə  Türkiyənin Tbilisidəki səfiri Fatma Cərən Yazqan və Gürcüstan Müdafiə nazirinin müavini Lela Çikovani də qatılıb.

Tiflisi yaxınlığında yerləşən Kəpənəkçi kəndindəki  Aşık Kamandar Əfəndiyev Muzey Evinin açılışına isə Kayalar və onu müşayiət edən nümayəndə heyəti başda olmaqla, Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Gürcüstanın mədəniyyət, idman və gənclər nazirinin müavini Kaxa Sixarulidze, Türkiyənin bu ölkədəki səfiri Yazqan iştirak ediblər.



Әlaqәli Xәbәrlәr