Bәşәr Әsәdә sadiq qüvvәlәr yaşayış mәntәqәlәrinә hücum etdi, ölәn vә yaralananlar var

Bәşәr Әsәd rejimi vә İran tәrәfindәn dәstәklәnәn terror qruplaşmaların İdlib deeskalasiya bölgәsi sәrhәdlәri daxilindәki yaşayış mәntәqәlәrә tәşkil etdiyi hücum nәticәsindә 8 mülki vәtәndaş hәyatını itirib, 9 mülki vәtәndaş da yaralanıb.

1669115

‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatının rәsmisi Hәsәn әl-Әhmәd bildirib ki, Bәşәr Әsәd rejiminә sadiq qüvvәlәr  İdlibin cәnubunda yerlәşәn İblin, Meşşun vә Belyun kәndlәrinә hücum tәşkil edib.

Әhmәd hücumlar nәticәsindә İblindә 5, Belyunda 2 vә Meşşunda 1 olmaqla 8 mülki vәtәndaşın öldüyünü, yaralanan 9 mülki vәtәndaşın da әtrafdakı xәstәxanalara yerlәşdirildiyini bildirib.

Xatırladaq kı, 2020-ci ilin 5 mart tarixindә Türkiyә ilә Rusiya arasında Moskvada atәşkәsә dair anlaşma memorandumu imzalanıb.

Rejimә sadiq qüvvәlәr vaxtaşırı atәşkәs rejimini pozur.

Әlaqәli Xәbәrlәr