Kosovada parlament seçkilərinin keçiriləcəyi tarix bəlli oldu

Kosova Prezident Aparatından verilən məlumata görə

1658658
Kosovada parlament seçkilərinin keçiriləcəyi tarix bəlli oldu

 

  Kosovadakı parlament seçkiləri 17 oktyabrda keçiriləcək.

  Kosova Prezident Aparatından verilən məlumata görə, ölkə başçısı Vyosa Osmani parlament seçkilərinin 17 oktyabrda olacağını elan edib.

  Qərar 2 iyunda Kosovada keçirilən siyasi müşavirələr nəticəsində və Parlament Seçki Qanununa əsasən verilib.

  Ölkə başçısı Vyosa Osmani Mərkəz Seçki Komissiyasına seçkilərin təşkilatı ilə əlaqədar lazımlı addımların atılması üçün təlimat verib.

  Qeyd edək ki, Kosovada ən son 22 oktyabr 2017-ci ildə təşkil edilən parlament seçkilərində səsvermə hüququ olanların 44,1 faizi iştirak etmişdi.



Әlaqәli Xәbәrlәr