Rusiya xaricilərin ölkədən çıxmasına sentyabrın 30-dək vaxt qoydu

Rusiya Daxili İşlər Nazirliyinin saytında yerləşdirilmiş məlumatda bildirilir ki...

1658665
Rusiya xaricilərin ölkədən çıxmasına sentyabrın 30-dək vaxt qoydu

 

  Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Rusiyadan məcburi çıxarılmasına sentyabrın 30-dək moratorium qoyulub. İyunun 15-də ölkə prezidenti Vladimir Putin bununla bağlı fərman imzalayıb.

  Rusiya Daxili İşlər Nazirliyinin saytında yerləşdirilmiş məlumatda bildirilir ki, bu ölkədə qanunsuz yaşayan əcnəbilər sentyabrın 30-dək polisə müraciət edərək sənədlərini rəsmiləşdirə bilərlər. Fərmana əsasən, güzəştlər həbsxanadan çıxmış və ya Rusiyanın milli təhlükəsizliyi üçün təhdid yaradan əcnəbilərə aid deyil.

  Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar imzalanmış əvvəlki belə sənədin vaxtı iyunun 15-də bitib.

  Hazırda martın 15-dək Rusiyaya gəlmiş və bu ölkədə qalmağa qanuni hüququ olmayan şəxslər polisə müraciət edərək sənədlərini qaydaya sala bilərlər. Bu qayda aviasiya əlaqəsi bərpa olunandan sonra Rusiyanı tərk etmiş əcnəbilərə də aiddir.



Әlaqәli Xәbәrlәr