İran İnqilab Keşikçiləri bazasına hücum olub, üç nəfər ölüb

Əsəd rejimi sıralarında olan İran İnqilab Keşikçiləri bazasına mənsubiyyəti bilinməyən döyüş təyyarələrinin hücumu nəticəsində üç nəfər həlak olub.

1658320
İran İnqilab Keşikçiləri bazasına hücum olub, üç nəfər ölüb

Suriyanın şərqindəki Deyr əz-Zor vilayətində Əsəd rejimi sıralarında olan İran İnqilab Keşikçiləri bazasına mənsubiyyəti bilinməyən döyüş təyyarələrinin hücumu nəticəsində üç nəfər həlak olub. 

Bölgədəki qaynaqlardan əldə edilən məlumata görə, 14 iyunda İraq sərhədindəki Deyr əz-Zorun Elbukemal bölgəsindəki İran İnqilab Keşikçiləri Korpusunun İmam Əli bazasına hava hücumu təşkil edilib.

Mənsubiyyəti naməlum döyüş təyyarələri tərəfindən həyata keçirilən hücumda İran İnqilab Keşikçiləri Korpusundan 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

İran hələ mövzu ilə bağlı bir açıqlama verməsə də, hələ də hava hücumuna görə məsuliyyəti öz üzərinə götürən olmayıb.



Әlaqәli Xәbәrlәr