Mustafa əl-Kazımi: "İran ilə əlaqələrimiz ən yaxşı dövrünü yaşayır"

Mustafa əl-Kazımi ölkəsi ilə İran arasındakı münasibətlərin ən yaxşı dövrdə olduğunu söyləyərək (özünün) bu əlaqələrin inkişafını təmin edən baş nazirlərin başında yer aldığını ifadə edib.

1652092
Mustafa əl-Kazımi: "İran ilə əlaqələrimiz ən yaxşı dövrünü yaşayır"

İraqın Baş Naziri Mustafa əl-Kazımi ölkəsi ilə İran arasındakı münasibətlərin ən yaxşı dövrdə olduğunu söyləyərək (özünün) bu əlaqələrin inkişafını təmin edən baş nazirlərin başında yer aldığını ifadə edib.

Kazımi bu barədə paytaxt Bağdadda ev sahibliyi etdiyi bir qrup iranlı jurnalistə açıqlama verib.

Hər hansı bir qonşu ölkənin təhlükəsizlik vəziyyətinin İraq hökumətinin prioritetləri arasında olduğunu vurğulayan Kazimi terror təşkilatı DEAŞ-ın İran sərhədini keçmə və İran xalqına zərər vermək cəhdlərinə qarşı İranı bütün gücü ilə dəstəklədiklərini söyləyib.

İranla münasibətlərin ən yaxşı dövrünü yaşadığını və bunundan qürur duyduğunu söyləyən Kazımi "Mən İraq və İran arasında ortaq ikitərəfli münasibətlərin inkişafını təmin edən baş nazirlərin başında yer alıram" deyib.

İraq Baş naziri İranın çətin dövrlərdən keçdiyini və istənilsə bu ölkəyə dəstək verməyə hazır olduqlarını bildirib.

Kazimi İranla yanaşı Türkiyə və bölgədəki ərəb ölkələri ilə əlaqələri inkişaf etdirməyə səy göstərdiklərini də ifadə edib.



Әlaqәli Xәbәrlәr