Səudiyyə Ərəbistanı İran ilə əlaqələri gücləndirmək istəyir

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd İbn Salman bu barədə açıqlama verib. O qeyd edib ki, İranla güçlü münasibətlər yaradmaq istəyirik.

1629905
Səudiyyə Ərəbistanı İran ilə əlaqələri gücləndirmək istəyir

Vəliəhd Salman Səudiyyə Ərəbistanı dövlət telekanalına müsahibəsində ölkəsinin İranla seçkin və yaxşı əlaqələr qurmaq istədiyini ifadə edərək: “İran qonşu bir dövlətdir, bu ölkə ilə münasibətlərimizin güçlü və yüksək seviyyədə olmasını, bu ölkənin çiçəklənməsini və aramızda qarşılıqlı maraqların olmasını arzulayırıq. İki ölkə arasındaki problemlərin əsasını rəsmi tehranın nüvə proqramı və ya qanunsuz milislərə dəstək verməsi təşkil edir. Bu problemlərin həlli uğrunda tərəfdaşlarımız ilə səylərimiz davam edir. Yeganə məqsədimiz problemlərin öhdəsindən gəlmək və hər kəslə müsbət və yaxşı əlaqələr qurmaqdır”.



Әlaqәli Xәbәrlәr