Neçirvan Bərzani və Məsrur Bərzani Ərbil və Başika hücumlarını qınadılar

İraqın şimalındakı regional idarənin rəhbəri Neçirvan Bərzani və Baş nazir Məsrur Bərzani Ərbil Beynəlxalq Hava Limanı və Başikadakı Türk bazasına edilən hücumları kəskin şəkildə qınadılar.

1621783
Neçirvan Bərzani və Məsrur Bərzani Ərbil və Başika hücumlarını qınadılar
mesrur barzani.JPG

İraqın şimalındakı regional idarənin rəhbəri Neçirvan Bərzani və Baş nazir Məsrur Bərzani Ərbil Beynəlxalq Hava Limanı və Başikadakı Türk bazasına edilən hücumları kəskin şəkildə qınadılar.

Neçirvan Bərzani "Twitter" hesabından verdiyi açıqlamada Neçirvan Bərzani Ərbil Beynəlxalq Hava Limanı və Başikadakı Türk bazasını hədəf alan hücumları qınayıb və hücumların "İraqda daha çox gərginlik və qeyri-sabitliyə səbəb olacağını" bildirib.

Bərzani hücumların İraqın milli maraqlarını ən yüksək səviyyədə təhdid etdiyini vurğulayıb.

Hücumların davamlılığına ciddi yanaşmağın vacibliyini qeyd edən Bərzani İraqın şimalındakı regional idarə və İraqın bu cür hücumların arxasındakı qruplarla mübarizə aparmaq üçün beynəlxalq koalisiyanın dəstəyi ilə koordinasiya və əməkdaşlığı gücləndirməsinin vacibliyini bildirib.

Məsrur ​​Bərzani "Twitter" hesabında "Ərbil Beynəlxalq Hava Limanına və Başikadakı Türk hərbi bazasına qarşı edilən terror hücumlarını və onların arxasındakı terror qruplaşmasını kəskin şəkildə qınayıram" ifadələrdən istifadə edib.

Hücumların İraqın şimalındakı regional idarənin  təhlükəsizliyini və beynəlxalq koalisiya ilə əməkdaşlığını zəiflətmək üçün açıq bir cəhd olduğunu vurğulayan Bərzani bunları söyləyib:

"Rəsmi İraq təhlükəsizlik qüvvələri daxilində fəaliyyət göstərməyən silahlı qruplar Kürdüstan Bölgəsi sərhədindən çıxmalıdır. Yaxın günlərdə bunun yolları barədə iraqlı və beynəlxalq tərəfdaşlarla danışıqlar aparacağam"

Bərzani İraq Baş naziri Mustafa əl-Kazımi və Məclis sədri Məhəmməd əl-Halbusi ilə qanunsuz qrupları məsul tutmaq məqsədilə birgə hədəfi müəyyənləşdirmək üçün görüşdüyünü və hücumların arxasında olan terror təşkilatı üzvlərinin hərəkətlərinə görə cavabdeh olacağını qeyd edib.



Әlaqәli Xәbәrlәr