Rusiyaya məxsus  döyüş təyyarələri İdlibə hava zərbələri endirib, bir mülki vətəndaş həlak olub

Rusiyaya məxsus  döyüş təyyarələrinin Suriyanın şimal-qərbindəki İdlib vilayətinə endirdiyi hava zərbələri nəticəsində bir mülki vətəndaş həlak olub, ikisi nəfər isə yaralanıb.

1605610

Müxalifətə məxsus təyyarə rəsədxanasının Rusiyaya aid olduğunu bildirdiyi döyüş təyyarələri İdlibin Sarmada qəsəbəsi ilə Türkiyənin Hatay vilayətinin Reyhanlı qəsəbəsi qarşısındakı Babul hava sərhəd məntəqəsinə və M4 şossesi yaxınlığına hücum edib.

Hücumlar Babul hava sərhəd keçid ərazisindəki balon doldurma obyektinə, ticarət təchizatı daşıyan yük maşınlarına, yerli humanitar yardım dərnəyinin anbarının yerləşdiyi bölgəyə, dağlıq ərazilərə və İdlibin cənubdakı M4 magistral yolu üzərindəki Keferşile kəndinə qarşı həyata keçirilib.

Digər tərəfdən, rəsədxananın məlumatına görə, Aralıq dənizindən atılan ballistik raket isə İdlibin Türkiyə ilə sərhəddən təxminən 3 kilometr məsafədəki Kah kəndində Suriya Milli Ordusu qərargahı yaxınlığına düşüb.

İlkin məlumata görə, sözügedən hücumlarda dinc vətəndaşlardan biri həlak olub, iki mülki şəxs isə yüngül yaralanıb.

Gün ərzində də Əsəd rejimi və onu dəstəkləyən İranın nəzarəti altında olan terror qrupları tərəfindən Hələbin İdlib Gərginliyi Azalatma Bölgəsindəki xəstəxanaya təşkil edilən hücumda biri uşaq olmaqla altı mülki şəxs həlak olmuşdu.

Әlaqәli Xәbәrlәr