Miqrant qayığının batması nəticəsində daha 3 nəfər ölüb

Türkiyənin ərazi sularında, miqrantları Yunanistanın Xios adasına aparan qayığın batması nəticəsində daha 3 insan ölüb

1604385
Miqrant qayığının batması nəticəsində daha 3 nəfər ölüb

İzmirin Çeşmə qəsəbəsindən Yunanıstanın Xios adasına qaçqınları aparan rezin qayığın batması nəticəsində üç nəfər həyatını itirib, çox sayda miqrant itkin düşüb.

Məlumata görə hadisədən sonra bölgəyə cəlb olunan Sahil mühafizə dəstələri üç nəfəri xilas edib. Güclü külək və leysan yağışının təsirli olduğu bölgədə çətinliklə aparılan axtarış və xilasetmə fəaliyyətləri havadan və dənizdən davam edir. Batan qayıqda neçə nəfərin olduğuna dair dəqiq məlumat yoxdur.



Әlaqәli Xәbәrlәr