Məscidül-Əqsa İmamı Şeyx İkrime Səbri həbs edildi

Fələstinliləri İsra və Mirac mövludu münasibətilə Hərəm-i Şərifə çağıran Məscidül-Əqsa İmamı Şeyx İkrime Səbri İsrail polisi tərəfindən tutuldu.

1598591
Məscidül-Əqsa İmamı Şeyx İkrime Səbri həbs edildi

Şeyx Səbrinin ailə üzvünün məlumatına görə İsrail qüvvələri Şeyxin işğal altındakı Şərqi Qüdsün Es-Suvvane Məhəlləsindəki evinə basqın verərək onu heç bir səbəb olmazdan Qərbi Qüdsdəki Əl-Meskubiyya təcridxanasına aparıblar.

Xatırladaq ki, Şeyx dünən Fələstinliləri mövlud münasibətilə Hərəm-i Şərifə çağırmışdı. Qüds-Fələstin keçmiş Müftisi və hazırda Qüds İslam nümayəndə heyətinin rəhbəri olan Şeyx Səbri əvvəllər İsrail qüvvələri tərəfindən dəfələrlə nəzarətə alınıb.



Әlaqәli Xәbәrlәr