İraqda Milli Tolerantlıq və Birlikdə Yaşama Günü elan edildi
“Twitter” hesabından M.Kazımi sözügedən mövzu ilə bağlı yazıb...
İraqın baş naziri Mustafa əl-Kazımi katoliklərin ruhani başçısı Papa Fransiskin İraq görüşləri münasibətilə 6 martı Milli Tolerantlıq və Birlikdə Yaşama Günü elan etdi.
“Twitter” hesabından M.Kazımi sözügedən mövzu ilə bağlı yazıb: "Sülh və tolerantlıq müjdəçiləri Papa Fransisk və İraq Şiələrinin dini başçısı Əli es-Sistaninin tarixi görüşü və antik Ur şəhərindəki Dinlərarası Toplantı münasibətiylə İraqda 6 Mart Milli Tolerantlıq və Birlikdə Yaşama Günü elan edildi."
Xatırladaq ki, martın 5-də İraqa səfər edən katoliklərin dini rəhbəri Papa Fransisk ayın 6-da ölkə şiələrinin ən böyük dini başçısı Əli əs-Sistani ilə Nəcəf şəhərində bir araya gəlmişdi. Daha sonra Həzrət İbrahimin doğum yeri hesab edilən Zikar (Nasiriye) vilayətindəki Ur şəhərini ziyarət edən Papa burada müsəlman və xristian din adamları tərəfindən xoş qarşılanmışdı.
Qeyd edək ki, Papa Fransisk “Covid-19” epidemiyası ilə əlaqədar 2020-ci ildə bütün xarici səfərlərini ləğv etdirmişdi. 16 ay sonra 2021-ci ildə ilk xarici səfərinə çıxan Fransisk həm də tarixə İraqı ziyarət edən ilk Papa sayılır.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir