Cerablus vә Bab qәsәbәlәrinә raket zәrbәlәri endirilib, ölәn vә yaralananlar var
Suriyanın şimalındakı Cerablus vә Bab qәsәbәlәrinә endirilәn raket zәrbәlәri nәticәsindә 3 mülki vәtәndaş hәlak olub, 28 nәfәr dә xәsarәt alıb.
Suriyanın şimalındakı Cerablus vә Bab qәsәbәlәrinә endirilәn raket zәrbәlәri nәticәsindә 3 mülki vәtәndaş hәlak olub, 28 nәfәr dә xәsarәt alıb.
Mәlumata görә, Cәrablus qәsәbәsinin Hamran bölgәsi ilә Bab qәsәbәsinin şimal-şәrqindәki Terhin bölgәsi raket hücumlarına mәruz qalıb.
Hücumlar nәticәsindә bölgәdә şiddәtli partlayışlar baş verib. Ballistik raketlәrin kim tәrәfindәn atıldığı bilinmir. Xәsarәt alanlar әrtafdakı xәstәxanalara yerlәşdirilib. Hadisә yerinә çox sayda yanğınsöndürәn cәlb olunub. Ölәn vә ya xәsarәt alanların sayının arta bilәcәyi istisna olunmur.
Qeyd edәk ki, fevralın 9-da Terhin bölgәsinә endirilәn raket zәrbәlәri nәticәsindә 2 mülki vәtәndaş hәlak olmuşdu, 6 nәfәr dә yaralanmışdı.
Ölkәnin şimalındakı Bab vә Cerablus qәsәbәlәri ‘‘Fәrat qalxanı’’ әmәliyyatının keçirildiyi bölgәdә yerlәşir.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...