Rusiya Avropa İttifaqının qərarına sərt reaksiya verib
Rusiya, Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirlərinin dissident Aleksey Navalnının həbsinə görə sanksiya qərarına sərt reaksiya verib.
Rusiya Xarici İşlər Nazirliyinin mövzu ilə əlaqədar açıqlamasında qərarın uydurma və əsassız səbəblərlə qəbul edildiyinə diqqət çəkilib. 'Məyusluq' olaraq xarakterizə edilən qərarın alyans ilə Rusiya münasibətlərinə zərbə endirdiyi qeyd edilib. Sanksiya qərarının təkrarlanan səhv addım olduğu ifadə edilən açıqlamada Navalnının azadlığa buraxılması tələbinin qəbul edilməz olduğu bildirilib.
“Ultimatum, təzyiq və sanksiya kimi qeyri-qanuni tətbiqlərin Aİ-nin xarici siyasətində kök salmasının təəssüf doğurduğu ifadə edilən açıqlamada vurğulanıb ki, Aİ qlobal səhnədə təkbaşına hərəkət edən bir qütbün rolunu qucaqlamağa çalışır. Lakin bunun tərəfdaşlarına hörmət çərçivəsi, başqa bir ölkənin daxili işlərinə qarışmamaq və beynəlxalq hüquqa ciddi riayət etmək prinsipi çərçivəsində mümkün ola biləcəyini gözdən yayındırır.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir