Həsən Ruhani ABŞ rəhbərliyini sanksiyaları ləğv etməyə çağırıb

İran Prezidenti Həsən Ruhani, ABŞ-dakı yeni rəhbərliyin nüvə anlaşmasına qayıtmağa meylli olduğunu ifadə edərək, Vaşinqton rəhbərliyini sanksiyaları ləğv etməyə çağırıb.

1584590
Həsən Ruhani ABŞ rəhbərliyini sanksiyaları ləğv etməyə çağırıb

 İran Prezident administrasiyasından yayılan məlumata görə Ruhanı Tehranda səfərdə olan Qətər Xarici işlər naziri Məhəmməd İbn Əbdürrəhman Əl Sanini qəbul edib.

Qəbulda nüvə razılaşması və sanksiyaların ləğvi başda olmaqla bir çox mövzu barədə fikir mübadiləsi olunub. Ruhani ABŞ-da Tramp dövrünün sona çatdığını, daha təzyiq siyasətinin iflasa uğradığını deyib. Yeni rəhbərliyin fərqli siyasət izləməyə və nüvə anlaşmasına dönməyə meylli olduğuna diqqət çəkib. ABŞ-dakı yeni rəhbərliyin əvvəlki hökumətin səhvlərini düzəltmək və qanuni öhdəliklərinə qayıtmaqdan başqa alternativinin qalmadığını qeyd edib. Joe Biden rəhbərliyini sanksiyaları ləğv etməyə və Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının 231 saylı qətnaməsinə qayıtmağa çağıran Ruhani: “ABŞ sanksiyaları ləğv edib qanunlar çərçivəsində lazımlı addımları atarsa İran dərhal nüvə anlaşmasıdakı öhdəliklərinə qayıdacaq”.

İran ilə Qətər arasındakı əlaqələrə də toxunan Ruhani iki ölkə arasındaki münasibətlərin son illərdə inkişaf etdiyini, iqtisadi, ticari, mədəni və elmi sahələrdə əməkdaşlığın daha da irəli pillələrə qaldırıla biləcəyini, özəl sektorun bu baxımdan əhəmiyyətli rol oynadığını söyləyib. Fars körfəzindəki ölkələr arasında dialoqu və əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb.

Qəbul zamanı Qətər Əmiri Şeyx Təmim İbn Hamed Əl Saninin məktubunu Ruhaniyə təqdim edən Xarici işlər naziri Sani də öz növbəsində: “Sabitlik və sülh üçün bölgə ölkələri arasında dialoq davam etdirilməlidir”. Bölgə ölkələri arasındakı problemlərin həlli üçün danışıqların aparılmasını istədiklərini ifadə edən Əl-Sani, ABŞ-ın nüvə anlaşmasına ən qısa zamanda qayıdamasını və sanksiyalar ləğv edilərək problemlərin razılaşma çərçivəsində həllini arzuladığını, ölkəsinin bu sahədə lazımlı dəstəyə hazır olduğunu sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr