Hәsәn Ruhani nüvә müqavilәsini qiymәtlәndirib
İran prezidenti Hәsәn Ruhani nüvә müqavilәsinә qayıtmaq üçün ilk addımı kimin atacağı mövzusundakı mübahisә ilә әlaqәdar deyib: ‘‘Müqavilәdәn çıxan tәrәf biz olmadıq ki ilk addımı ataq’’.
İran prezidenti Hәsәn Ruhani nüvә müqavilәsinә qayıtmaq üçün ilk addımı kimin atacağı mövzusundakı mübahisә ilә әlaqәdar deyib: ‘‘Müqavilәdәn çıxan tәrәf biz olmadıq ki ilk addımı ataq’’.
İran inqilabının 42-ci ildönümü münasibәtilә Tehrandakı sәfirlәrlә görüşәn Hәsәn Ruhani burada etdiyi çıxışında nüvә müqavilәsini qiymәtlәndirib.
İnqilabın ildönümünün onlar üçün çox әhәmiyyәtli vә tarixi bir gün olduğunu vurğulayan H. Ruhani nüvә müqavilәsinә geri qayıtmaq mәsәlәsindә ilk addımı kimin atacağı ilә bağlı deyib: ‘‘Müqavilәdәn çıxan tәrәf biz olmadıq ki ilk addımı biz ataq. Bunda heç bir tәrәddüt yoxdur. Razılaşmadan çıxan vә beynәlxalq müqavilәlәrә zidd olaraq xalqımıza hәr növ zülmü rәva görәnlәr nüvә razılaşmasına da ilk geri qayıdan tәrәf olmalıdır’’.
Amerika Birlәşmiş Ştatları prezidenti Co Bayden uranla bağlı fәaliyyәtlәrini dayandıranadәk İrana qarşı tәtbiq olunan sanksiyaları aradan qaldırmayacaqlarını açıqlamışdı.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir