Türkiyə ilə Gürcüstan arasındakı diplomatik əlaqələrin 100-cü ildönümü qeyd olunur

Gürcüstan Türkiyə ilə arasındakı strateji tərəfdaşlığın dostluq və yaxşı qonşuluq ruhunu dərinləşdirdiyini bildirib.

1579698
Türkiyə ilə Gürcüstan arasındakı diplomatik əlaqələrin 100-cü ildönümü qeyd olunur

Gürcüstan Türkiyə ilə arasındakı strateji tərəfdaşlığın dostluq və yaxşı qonşuluq ruhunu dərinləşdirdiyini bildirib.

Türkiyə ilə Gürcüstan arasındakı diplomatik əlaqələrin 100-cü ildönümü münasibətilə Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bundan 100 il əvvəl 8 fevral 1921-ci ildə Gürcüstan Demokratik Cümhuriyyəti adından səfir Simon Mdivaninin Türkiyə Böyük Millət Məclisinin (TBMM) ) sədri Mustafa Kamal Atatürkə etimadnaməsini təqdim etdiyi xatırladılıb.

Bəyanatda Gürcüstan Demokratik Cümhuriyyəti Qurucu Məclisi sədrinin müavini Mdivaninin Atatürkə etimadnaməsini təqdim edən ilk xarici diplomat olduğu vurğulanıb və Gürcüstanın yenidən müstəqilliyə qovuması ilə 1990-cı ildən bəridir iki ölkə arasındakı münasibətlərdə yeni dövrün başladığı qeyd edilib.
"Gürcüstan və Türkiyə arasındakı strateji tərəfdaşlıq dostluq və mehriban qonşuluq ruhunu dərinləşdirir. Türkiyə Cümhuriyyəti Gürcüstanın ərazi bütövlüyü, suverenliyi və Avroatlantik istəklərinə güclü bir dəstəyini göstərir" ifadələri bəyanatda yer alıb.



Әlaqәli Xәbәrlәr