İsrailin Baş naziri Netanyahu yenidən hakim qarşısında

İsrailin ən uzun müddət vəzifədə qalan Baş naziri Binyamin Netanyahu vəzifəsindən sui-istifadə və korrupsiya ittihamı ilə yenidən hakim qarşısına çıxıb.

1579396
İsrailin Baş naziri Netanyahu yenidən hakim qarşısında

Bu gün səhər Qüdsdəki məhkəmədə  hakim qarşısına çıxan Baş  nazir iddiaları rədd edərək günahsız olduğunu irəli sürüb.

Qeyd edək ki, iddiaları yalanlayan və bunun bir "cadı ovu" olduğunu söyləyən Netanyahu son dəfə 2020-ci ilin may ayında hakim qarşısına çıxıb. Lakin sonrakı məhkəmə prosesləri koronavirus pandemiyası səbəbilə təxirə salınıb.

Xatırladaq ki, 2019-cu ildə başlayan məhkəmə prosesi müddətində Netanyahunun milyonçu yaxınlarından hədiyyələr aldığı bəzi media orqanlarına “qeyri-obyektiv xəbər” yayımlamaları  qarşılığında mükafatlandırılacaqları barədə söz verdiyi iddia edilib. 

 



Әlaqәli Xәbәrlәr