Səudiyyə Ərəbistanı Yəmənə hərbi və siyasi dəstəyini davam etdirəcək

Səudiyyə Ərəbistanı Müdafiə nazirinin müavini Xalid İbn Süleyman, ölkəsinin Yəmən hökumətinə İran tərəfindən dəstəklənən husilərə qarşı mübarizəsində hərbi və siyasi dəstək verməkdə davam edəcəyini bildirdi.

1577953
Səudiyyə Ərəbistanı Yəmənə hərbi və siyasi dəstəyini davam etdirəcək

İbn Süleyman, Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Joe Biden-in “Yəməndəki əməliyyatlara dəstəyi dayandırma” qərarından sonra Twitter hesabında paylaşdığı şərhində: “Səudiyyə Ərəbistanı, Yəmənin legitim hökumətinə, İranın dəstəklədiyi husilərə qarşı mübarizəsində siyasi və hərbi dəstək verməyə davam edəcək”. Nazir müavini həmçinin qeyd edib ki, Yəməndə Körfəz Əməkdaşlıq Şurası Təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 2216 saylı qətnaməsinə və Milli Dialoq Konfransının nəticələrinə əsaslanaraq hərtərəfli siyasi həll yolu tapmaq uğurnda aparılan diplomatik səyləri də dəstəkləyəcəyik.



Әlaqәli Xәbәrlәr