Cavad Zәrif:‘‘ Qәtәrin çağırışını mәmnuniyyәtlә qarşılayırıq’’

İran xarici işlәr naziri Mәhәmmәd Cavaz Zәrif Qәtәrin Fars körfәzindәki ölkәlәrә İranla dialoq aparmaları ilә bağlı etdiyi çağırışı mәmnuniyyәtlә qarşılayıb.

1567035

Cavad Zәrif rәsmi ‘‘Twitter’’ sәhifәsindә etdiyi paylaşımda Qәtәr xarici işlәr naziri Mәhәmmәd bin Abdurrәhman Әl Saninin Fars körfәzindәki әrәb ölkәlәrinә İranla dialoq aparmaları ilә bağlı etdiyi çağırışı qiymәtlәndirib.
‘‘İran qardaşım Әl Saninin bölgәmizlә bağlı әhatәli dialoq çağırışını mәmnuniyyәtlә qarşılayır. Hәr zaman vurğuladığımız kimi güclü, dinc, sabit vә firavan bölgәni birlikdә inşa etmәk üçün  birgә işlәmәliyik’’,-deyә Mәhәmmәd Cavad Zәrif vurğulayıb.

Әlaqәli Xәbәrlәr