İranda üç məhkum edam edilib

İranda dövlətə qarşı silahlı üsyan qaldırmaq günahına görə mühakimə olunan üç məhkum edam edilib.

1556489
İranda üç məhkum edam edilib

İranda dövlətə qarşı silahlı üsyan qaldırmaq günahına görə mühakimə olunan üç məhkum edam edilib.

İran İnsan Haqları Aktivistləri agentliyi (Hrana) Məşhəd şəhərindəki Vekilabad həbsxanasında Hamid Rastbala, Kebir Saadet Cihani və Məhəmməd Əli Arayeş adlı 3 məhkumun edam edildiyini açıqlayıb.

Məhbuslar ölkədə terror təşkilatı qəbul edilən sələfi "Hizbu'l-Furkan" və İranın Əhli Sünnət Milli Həmrəylik Cəbhəsi adlı qruplara üzvlüyünə görə "dövlətə qarşı silahlı üsyan" ittihamı ilə mühakimə olunurdu. Məhkumlar keçən il avqust ayında Məşhəd İnqilab Məhkəməsi tərəfindən edama məhkum edilmişdi.

Edam qərarını tənqid edən beynəlxalq insan haqları təşkilatları məhkəmə prosesinin şəffaf olmadığını söyləyirlər.



Әlaqәli Xәbәrlәr