Cavad Zərif Trampın ittihamına sərt sözlərlə cavab verib

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif twitter hesabında Tehranı İraqda amerikalılara qarşı hücumlarda ittiham edən ABŞ Prezidenti Donald Trampa cavab verib.

1551107
Cavad Zərif Trampın ittihamına sərt sözlərlə cavab verib

İran  Xarici  işlər  naziri Zərif  Trampın 2012-2013-cü illərdə paylaşdığı və o vaxtkı Prezident Barak Obamanı İrana qarşı müharibə başlatmaqda ittiham etdiyi twittlərin şəklini və Tramp hökumətinin koronavirusla mübarizədə uğursuzluğunu əks etdirən qrafiki paylaşıb.

Cavad Zərif paylaşımda: “Öz vətəndaşlarınızı xaricdə riskə atmaq evdəki fəlakətli uğursuzluqlardan diqqəti yayındırmayacaq. Bu  sizin öz sözünüzdür.

Xatırladaq ki, bazar günü ABŞ-ın Bağdaddakı səfirliyinə raket hücumu təşkil edildi. Vaşinqton rəhbərliyi tərəfindən ittiham olunan İranın dəstəklədiyi İraqdakı milis qruplar  isə  hücumla əlaqələrinin olmadığını açıqladılar.  Baxmayaraq  Tramp dünən  twitter hesabından İrana aid olduğunu iddia etdiyi raket fotolarını paylaşdı və “Bu raketlərin haradan olduğunu təxmin edin? İrandan. İraqda Amerikalılara qarşı hücumların olacağı barədə şayiələr eşidirik. İrana dost bir tövsiyə. Əgər bir Amerikalı ölsə, bunun üçün İranı günahlandıracağam”- sözləri ilə  də Tehranı  xəbərdarlıq etmişdi.



Әlaqәli Xәbәrlәr